Bu gün Dünya Ahıska Türkləri Birliyinin növbəti tədbiri baş tutub.
Yenicag.Az xəbər verir ki, tədbir Azərbaycanda yaşayan Ahıska türklərinin Vətən İctimai Birliyi tərəfindən təşkil olunub.
Gəncliyə Yardım Fondunun binasında baş tutan tədbir xeyli maraqlı alınıb. Türkiyənin Bakıdakı səfirinin mətbuat müşaviri Hamit Karadeniz, Çorum Bələdiyyəsinin sədr yardımçısı Zeki Gül, Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın və digər qonaqların qatıldığı tədbirdə Azərbaycanda da ahıskalıların gənclər təşkilatının yaradılmasının vacibliyi qeyd olunub.
Daha sonra qonaqlara DATÜB-ün tanıtım filmi təqdim olunub.
Müxbir: Emin Səfərov
Fotoqraf: Cəmalə Əlizadə
Yenicag.Az