“Ahıska türklərini hər zaman müdafiə edəcəyik” – Ərdoğandan çağırış

Bu gün Ankara “Beştəpə” Millət Konqres və Mədəniyyət Mərkəzində Ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümünə həsr olunan mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ahıska türklərinin daha da pis vəziyyətə salınmasına laqeyd qalmamağa çağırıb:

“Kimlərsə səsini çıxarmasa da, biz hər yerdə Ahıska türklərini müdafiə etməkdən geri çəkilməyəcəyik. Ahıskalı bacı-qardaşlaırmızın yükünü az da olsa, yüngülləşdirəcək tək addım onların öz vətənlərinə geri dönmələridir.

75 ildir, vətən həsrəti ilə yaşayan insanların daha pis vəziyyətə düşmələrinə biganə qalmamalıyıq”.