!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ Böyük Britaniyanın yeni “Brexit” dəyərləndirməsini gözləyir

!Reklam – Yazi

Avropa İttifaqı fevralın 7-də Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brüsselə səfəri zamanı Brexit üzrə yeni təkliflər gözləyir, lakin sazişin dəyişdirilməsini istisna edir.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk İrlandiyanın Baş naziri Leo Varadkarla birgə Brüsseldə keçirilən brifinqdə bildirib.

Donald Tusk, həmçinin Avropa İttifaqının İrlandiya sərhədinə nəzarət rejimi üzrə güzəştlərə getməyəcəyini deyib. Bu səbəbdən Tusk və Varadkar hər iki tərəfin sənədi ratifikasiya etməsinə ümidin qalmasına baxmayaraq, Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasına intensiv hazırlığın davam etdiyini bildiriblər.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi./AZƏRTAC/

www.yenicag.az

4756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv