Aİ-də qalmaqallı təklif: Türkiyəyə verilən yardım məhdudlaşdırılsın

Fransanın Strasburq şəhərində keçirilən Avropa İttifaqının zirvə toplantısında Türkiyəyə tam üzvlük üçün verilən yardımların məhdudlaşdırılması təklif olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni təklifdə növbəti il Aİ tərəfindən Türkiyəyə veriləcək yardımın 80 milyon avroya qədər azaldılması nəzərdə tutulub. Bu maddi yardım rəsmi sənədlərdə Aİ-nin məsləhət gördüyü reformların həyata keçirilməsi üçün ümumilikdə 217 milyon avro məbləğində göstərilmişdi. Təklif qüvvəyə mindiyi gündən dərhal 50 milyonluq məhdudlaşdırma həyata keçiriləcək. Sonrakı mərhələdə isə 30 milyon avroluq yardım ixtisara salınacaq.

Qeyd edək ki, zirvə toplantısında müzakirəyə çıxarılan bu təklifin hazırlanmasında Almaniya kansleri Angela Merkelin aktiv rol oynadığı deyilir.

COP29