Aİ enerji asılılığının azaldılması planı ilə razılaşdı

Avropa İttifaqı qurumları enerji təchizatı təhlükəsizliyini artırmaq və Rusiyadan asılılığı azaltmaq planı ilə bağlı razılığa gəlib.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Avropa Şurasına üzv ölkələrlə Avropa Parlamentinin (AP) müzakirəçiləri arasında “REPowerEU” planı üzrə danışıqlarda razılıq əldə edilib.

Beləliklə, enerji resurslarının şaxələndirilməsinə, enerji müstəqilliyinin artırılmasına və təchizatın təhlükəsizliyinə yönəlmiş investisiyalar və islahatlar plan çərçivəsində maliyyələşdirilə bilər. Plana, həmçinin Aİ-nin “COVID-19″a görə bərpa proqramından enerji sahəsinə resursların transferi də daxildir. Bu planla AB ölkələrinin enerji investisiyalarına 300 milyard avro yönəldəcəyi nəzərdə tutulur.

AB Komissiyasının sədri Ursula von der Leyen açıqlamasında bildirib ki, “REPowerEU” ilə bağlı siyasi razılaşma alqışa layiqdir. Bu müqavilə bütün AB-nin xeyrinə olan planımızı həyata keçirmək üçün mühüm qaynaqlar açır.

Gülşən