“Avropa İttifaqı Ermənistanla hərbi təlim keçirmək niyyətində deyil”.
Yenicag.az xəbər verir ki, bunu “İzvestiya”ya açıqlamasında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano deyib.
“Aİ hərbi alyans deyil. Bu, siyasi və iqtisadi dəyərlər birliyidir”, – deyə Stano qeyd edib.
Stano bununla yanaşı əlavə edib ki, Aİ-nin ittifaqa üzv ölkələrin ərazisində erməni hərbçilərə təlim keçmək planı yoxdur.