Aİ liderləri Gürcüstana 30 milyon avro məbləğində hərbi yardımı dayandırmaq qərarına gəliblər.
Yenicag.az xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.
O bildirib ki, Gürcüstanın nə qədər tez Avropa İttifaqına üzv ola biləcəyi yalnız özündən asılıdır:
“Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb və bu qərar təşkilatın bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib, lakin Gürcüstanın Aİ-yə nə qədər tez üzv ola biləcəyi yalnız gürcülərdən asılıdır”.