Aİ Gürcüstana xəbərdarlıq etdi

“Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur”.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Aİ Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırıb:

“2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir”.

Aİ xatırladıb ki, komissiyanın 8 noyabr 2023-cü il tarixli tövsiyəsində göstərilən müvafiq addımlar atıldığına görə Avropa Şurası Gürcüstana namizəd statusu verib:

“Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”.

COP29