“Aİ Gürcüstandakı vəziyyətdən son dərəcə narahatdır” – Borrell

Aİ-nin baş diplomatı Cozep Borrell bildirib ki, Aİ-yə üzv ölkələr Gürcüstan hakimiyyətinin gedişatından son dərəcə narahatdır və bu, ölkəni Aİ üzvlüyündən uzaqlaşdırır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Brüsseldə nazirlərin qeyri-rəsmi görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Gürcüstandakı vəziyyəti qısaca müzakirə etdik. Biz Avropa İttifaqından uzaqlaşan bu ölkədəki trayektoriyadan son dərəcə və getdikcə daha çox narahat oluruq”.

Brüssel faktiki olaraq “Gürcü arzusu” hökumətinin xarici agentlər haqqında qanunun qəbuluna, anti-Qərb ritorikasına və digər antidemokratik addımlarına cavab olaraq Gürcüstanın Aİ-yə daxil olması prosesini dondurub.

COP29