Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik Ssiyasəti üzrə ali nümayəndəsi Josep Borrell AB-nin Xarici İşlər Nazirləri Toplantısından əvvəl mətbuata açıqlamasında məlumat verib.
Xarici işlər nazirlərinin gündəmində İran və Rusiyaya qarşı sanksiyaların olduğunu bildirən Borrell; “İrana qarşı çox sərt sanksiyalar paketini təsdiq edəcəyik”, – deyib.
AB rəsmisi İrandan ölkə daxilində edamların və Rusiyaya silah verilməsini dayandırmağı tələb edib.