Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Aİ İrana yardım ayırdı - 18 milyon avro

Avropa İttifaqı (Aİ) İrana 18 milyon avroluq yardım paketini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Bildirilir ki, 8 milyon avrosu özəl sektora aid olmaqla İranda davamlı iqtisadi və sosial inkişafı dəstəkləyən layihələrə ümumilikdə 18 milyon avroluq yardım paket qəbul edilib. Bu maliyyə yardımı İranın nüvə razılaşması çərçivəsində Aİ tərəfindən planlaşdırılan ümumilikdə 50 milyon avro məbləğindəki yardımın ilk paketidir.

“İranın nüvə razılaşması nəticəsində Aİ-İran əlaqələrinin yenilənməsindən bəri, biz bir çox sektorda əməkdaşlığı artırmışıq. Biz bunu davam etdirməkdə qərarlıyıq. Bu yeni paket iqtisadi və sektoral əlaqələri genişləndirəcək”, – deyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini deyib./Azərtac/

www.yenicag.az

2740
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS