Aİ İranın 11 fiziki və 4 hüquqi şəxsinə sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) İranın 11 fiziki və 4 hüquqi şəxsinə sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, Aİ xarici işlər nazirləri oktyabrın 17-də İrandakı vəziyyəti və etiraz aksiyalarının iştirakçılarına qarşı tətbiq edilən zorakılığı müzakirə ediblər.

Məlumata görə, sanksiya siyahısına İranın əxlaq polisinin başçısı da daxil edilib.