Avropa İttifaqı (Aİ) İsrail hökumətinin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə yüzlərlə yeni yaşayış evinin tikintisi barədə qərarının beynəlxalq hüquq normalarına zidd olduğunu hesab edir.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı press-relizdə qeyd olunur.
“Yaşayış məskənlərinin genişləndirilməsinin davam etdirilməsi, beynəlxalq hüquq baxımından qanunsuzdur. Çünki o, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə, Aİ-nin çoxillik siyasətinə, həmçinin “Yaxın Şərq dördlüyü”nün (Rusiya, ABŞ, Aİ və BMT) tövsiyələrinə ziddir”, – deyə məlumatda bildirilir.
Bir müddət əvvəl İsrail hökuməti İordan çayının Qərb sahilində 2,5 min ədəd mənzilin tikintisinə icazə verib.
Yeniçağ.Az