Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdamda – YENİLƏNDİ

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib.

Diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub.

Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.

Daha sonra Aİ-nin xüsusi nümayəndəsi Şəhidlər xiyabanına və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.

T.Klaar həmçinin Ağdamda Cümə və Qiyaslı məscidi ilə tanış olub.

***

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri olacaq.

Xüsusi nümayəndə işğal zamanı ermənilərin Ağdamda törətdiyi vəhşilikləri, dağıntıları gözləri ilə görəcək.

Xatırladaq ki, T.Klaarın sentyabrın 15-dən Azərbaycana başlayan səfərinin gündəliyinə rəsmi Bakı ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq, eləcə də, regional, təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi daxildir.

Qeyd edək ki, T. Klaar regiona səfəri çərçivəsində Ermənistanda da olub.