Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana gəlir.
Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Səfər aprelin 19-20-nə nəzərdə tutulub. H. Salber ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
***
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.
Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.
Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir.(APA)
Yeniçağ.az