Aİ-nin müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı

Belarus Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşidirlən pilotsuz təyyarələrin bəzi hissələrində Avropa ölkələrindən olan istehsalçıların işarələri aşkar edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının müvəqqəti işlər vəkili Stan Nerlov Belarus Xarici İşlər Nazirliyinı çağırılıb.

Rəsmi Minsk Avropa İttifaqını gələcəkdə belə hərəkətlərin qarşısını almaq üçün Ukrayna rəhbərliyinə təsir etmək üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Belarus tərəfi qeyd edib ki, bu cür insidentlər münaqişənin köklü şəkildə genişlənməsinə gətirib çıxara bilər ki, bu da münaqişəyə Aİ ölkələrinin cəlb olunmasına təhlükə yaradır.

COP29