Aİ-nin XİN rəhbərləri İranın İsrailə hücumu ilə bağlı videokonfrans keçirəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri çərşənbə axşamı videokonfrans vasitəsilə növbədənkənar görüş keçirəcəklər.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell “X”də yazıb.

“İranın İsrailə hücumundan sonra mən Aİ xarici işlər nazirlərinin videokonfrans vasitəsilə növbədənkənar iclasını çağırdım”, – deyə o yazıb.

Görüşün çərşənbə axşamı (16 aprel – Qeyd) baş tutacağı qeyd edilir./Report/