Aİ Prezidenti Ukraynaya tank tədarükünü dəstəklədi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynaya tank tədarükünü dəstəkləyib.

Yenicag.az xəbər verir ki, o, bu barədə Avropa Parlementində çıxışı zamanı deyib.

Ş.Mişel bildirib ki, Kiyevə yardım davam edəcək: “Biz Ukraynaya Avropa Sülh Fondu xətti ilə yardım verməyə davam edəcəyik. Onlara təcili olaraq çoxlu silah lazımdır”./Report/