Aİ sərhəddəki gərginliklə bağlı Azərbaycanla Ermənistana çağırış etdi

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər və intensiv atəşlər dərhal dayandırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “Twitter”də yazıb.

“Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır”, – o bildirib.