Avropa İttifaqı Türkiyəyə suriyalı qaçqınların təhsili üçün 400 milyon avro pul ayırıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vinterştayn deyib.
O bildirib ki, bu, suriyalı qaçqınlar üçün ayrılacaq vəsaitin bir hissəsidir.
Qeyd edək ki, Avropa İttifaqının Türkiyəyə suriyalı qaçqınlara 3 milyard avro ödəməsi barədə razılaşma olub./Trend/