!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ və BMT-nin Əhali Fondu media nümayəndələri üçün təlim keçirir

!Reklam – Yazi

İştirakçılar gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolunu müzakirə ediblər .

Yenicag.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının nümayəndələri VƏ tanınmış bloqerlərin iştirakı ilə “Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üç günlük təlimə başlayıb.

29-31 iyul tarixlərində Lənkəran şəhərində keçirilən təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat veriblər.

İştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolundan danışıblar.

Təlim zamanı BMT-nin Əhali Fondu təlim iştirakçıları arasında müsabiqə elan edib. Belə ki, təlimdə iştirak edən və müsabiqəyə qatılan media nümayəndələri dərc və ya nümayiş etdirdikləri ən yaxşı yazı və ya videomaterialı müsabiqəyə təqdim etməlidirlər. Birinci yerin qalibi Türkiyədə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq, ikinci və üçüncü yerin qaliblərinə isə pul mükafatları təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.

Gülşən Şərif

www.yenicag.az

219
Ads
www.veteninfo.com
!Reklam – Arxiv