!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AİB-nin ölkəmizlə münasibətləri: "Bu təşkilata üzv olmaq..." - ŞƏRH

!Reklam – Yazi

“Bu təşkilata üzv olmaq Azərbaycan iqtisadiyyatına hər hansısa bir töhfə verməyəcək”.

Bu sözləri Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, sözügedən təşkilata üzvlük ölkəmizin digər iqtisadi bloklarla əlaqələrinə təsir edə bilər:

“Əslində, bu iqtisadi birliyə üzvlüklə bağlı məsələ mübahisəli mövzudur. Şəxsən özüm bu barədə yeni bir qiymətləndirmə aparmasam da, səvh etmirəmsə, 2016-cı ildə əməkdaşlıq etdiyim təşkilat bununla bağlı qiymətləndirmə həyata keçirmişdi. Nəticələrə görə, qısa müddətli dövrdə müəyyən üstünlüklər qazandırsa belə, orta və uzunmüddətli dövrdə bu təşkilatın iştirakçısı olmaq Azərbaycan iqtisadiyyatına hər hansısa bir töhfə verməyəcək.

Həmçinin bu üzvlük ciddi siyasi öhdəliklər gətirməklə yanaşı, ölkəmizin qlobal səviyyədə digər platformalar və iqtisadi bloklarla əməkdaşlıq imkanlarını məhdudlaşdıra bilər. Düşünürəm ki, beynəlxalq arenada nüfuzu olmayan bu kimi təşkilatlara üzvlük müəyyən siyasi məqsədlər üçün təşkil edilir”.

Qeyd edək ki, Azərbaycanın Ermənistan xaric, Avrasiya İttifaqına daxil olan ölkələrlə yüksək iqtisadi əlaqələri var.

Yusif Səmədzadə 

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv