Ailə FACİƏSİ – Azyaşlılar kimyəvi maddə içdi, 4 yaşlı qız öldü

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.

Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib.

Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.