!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ailə məktəbi” kursunun növbəti təlimi – Foto

!Reklam – Yazi

 “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Hamiləliyin ailə münasibətlərinin davamlılığına təsiri” mövzusunda növbəti təlimini 24 iyun 2016-cı ildə 15 saylı Bakı Peşə Liseyində həyata keçirib.
Təlimi çıxış sözü ilə açan İctimai Birliyin sədri Şəkər xanım Əliyeva öncə qısa şəkildə layihə, layihənin məqsədi və donoru haqda təlim iştirakçılarına məlumat verib.
Daha sonra hamiləlik toksikozu keçirən qadınların psixi durumu və hamiləlik dövründə qadının psixi-ruhi durumu haqqında həkim infeksionist Fikrət Xəlilov çıxış edib. Həkimin verdiyi məlumatlar gənclər tərəfindən xüsusi maraqla qarşılanıb.
Təlimdə çıxış edən ekspert Gülər Adıgözəlzadə “Valideyn olmaq istəyi və övlad” mövzusunda gəncləri məlumatlandırdıb, sözü gedən mövzuya ictimai yöndən aydınlıq gətirib.
Daha sonra hüquqşünas Nərminə Qəribova “Sonsuzluq probleminə yanaşma” mövzusunda çıxış edərək cəmiyyətdə bir çox ailələrin dağılmasına səbəb olan sonsuzluq problemindən danışıb, məsələyə hüquqi aspekdən yanaşaraq təlim iştirakçılarının suallarını cavablandırıb.

Təlim sonra sual-cavab formatında davam edib.

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv