Ailə ŞOK YAŞADI: Aldıqları çamadanlardan insan qalıqları çıxdı – FOTOLAR

Yeni Zelandiyanın Ouklend şəhərində keçirilən hərracda alınan çamadanlarda insan qalıqları tapılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə yayımlanan “Depo Savaşları” adlı televiziya proqramında baş tutan hərracda tərk edilmiş anbardakı məhsullar satılıb.

Məhsulları alan ailə isə həyatının şokunu yaşayıb. Belə ki, anbardakı çamadanlarda meyit qalıqları aşkar ediblər. Ailə dərhal polisə müraciət edib.

Ahdisə ilə bağlı araşdırma aparılır. Qalıqların kimə məxsus olduğu isə hələlik aydınlaşdırılmayıb.