!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailə-uşaq MÜNASİBƏTLƏRİ: "Valideyn övladını dinləmir, sonra da..." - SOSİOLOQ RƏYİ

!Reklam – Yazi

Son dövrlərdə insanların əksəriyyəti valideyn-uşaq münasibətlərindən narazılıq edir. Kimisi düşünür ki, uşaqlara düzgün tərbiyə verilmir, kimisi də valideynlərin müasir metodlardan istifadə etməli olduğuna inanır.

Bəs düzgün ailə-uşaq münasibətləri necə qurulmalıdır? Valideynlər həqiqətən də düzgün tərbiyə verə bilmir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu mövzu həmişə mübahisəli olub:

“Biz bugünkü uşaqlardan gileylənirik. Sabah da onlar öz uşaqlarından narazılıq edəcək. Hər yaş nəslinin psixologiyası fərqlidir. İndiki gənclik “Z” nəsli sayılır. Hər valideyn istəyir ki, övladları onların istədiyi kimi yaşasın. Amma belə ola bilməz. Uşaqlar təkcə valideynin yox, həm də “zaman”ın övladlarıdır. Hər zamanın öz tələbatları var. Ana-ata da görür ki, uşaq onun istədiyi kimi davranmır, konflikt başlayır. Sonra da valideyn müasir tələblərə cavab verməyən tərbiyə üsullarından istifadə edir. Belə etməklə parlaq gələcək yetişdirmək olmur.

Hərdən görürük ki, valideynlər çox ciddi rejim tətbiq edir. Uşaqla dostluq etmir, danışmır. Belə olanda da uşaq özünə qapanır və ya yalnış dostlar tapır. Hər şey mühitdən asılıdır.

Məsələn, Nəsrəddin Tusinin “Əxlaqi-nasiri” kitabında deyilir ki, uşaqlarınızı pis dostlardan uzaq tutun. Amma indi bunu bacara bilərik mi? Xeyr. Sosial şəbəkələr, yalnış mühit və s. amillər buna imkan vermir”

O həmçinin, boşanma amillərinin də uşaqlara necə təsir etməsindən danışıb:

“Görürük ki, günü-gündən boşanmalar artır. Ana-atanın ayrılması da uşaqların psixologiyasına mənfi təsir edir. Hətta suisidal, yəni intihara meyilli davranışlar da başlaya bilər. Bundan əlavə, bullinq hadisələri də artır. Yeniyetmələr bir-birini incidir, təhqir edir və s.

Son olaraq onu qeyd edim ki, bütün bu problemlər həmişə müzakirə mövzusu olacaq, amma bir az da olsa azaltmaq üçün valideynlər həmişə övladlarını dinləməlidir”.

Şahanə Paşa

www.yenicag.az

876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv