!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailələr arasında qan davası silahlı insidentə səbəb oldu: 8 nəfər yaralandı - FOTO

!Reklam – Yazi

Türkiyənin Şanlıurfa əyalətinin Bozova bölgəsində ailələr arasında dava düşüb.

Yenicag.az xəbər verir ki, ov tüfənglərindən edilən atəş nəticəsində biri ağır 7 nəfər ağır yaralanıb.

Davadan sonra ev və işyerləri də yandırılıb.

Hadisə Qaraçizməli və Atlı ailələri arasında baş verib. Belə ki, bir neçə müddət əvvəl 2 nəfərin ölümü ilə nəticələnən qanlı dava baş verib. İndi isə, həmin qanlı davadan sonra ailələr arasında yeni bir silahlı münaqişə yaşanıb.

Hadisə yerinə şox sayda polis və təcili yardım maşınları cəlb edilib. Polis insidentin qarşısını almağa cəhd edərkən, tibb işçiləri yaralılara kömək edib. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Şanlıurfa Valiliyi də hadisəyə münasibət bildirərək, ərazidə bütün təhlükəsizlik tədbirlərinin alındığını, yaralılara lazimi diqqət göstərildiyini qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

931
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv