“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi 2023-cü ildə Azərbaycan Respublikasında ailədaxili zorakılıq faktlarının elektron KİV-də monitorinqinin nəticələrini açıqlayıb.
Yenicag.az xəbər verir ki, təşkilat hər il olduğu kimi 2023-cü ilin yanvar ayından başlayaraq elektron KİV-də ailədə qadınlara qarşı zorakılıq faktlarına dair yazıların monitorinqini həyata keçirir. Monitorinq zamanı əsasən cinayət xronikasında dərc edilmiş məlumatlar toplanır və sonradan həmin məlumatlar üzərə təhlil aparılır.
1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olub. Həmin il mərhum ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulub.
Qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla 1988-ci il yanvarın 14-də Azərbaycanda Qadın Probləmləri üzrə Dövlət Komitəsini yaratdı. 2000-ci il martın 6-da Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” fərman dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəd oldu.
10 oktyabr 2006- cı ildə “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanaraq təsdiq edildi.
28 iyun 2005- ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun təsdiq edildi.
22 iyun 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun təsdiqləndi.
30 dekabr 1999-cu ildə təsdiq edilmiş Cinayət Məcəlləsinin 154 maddəsi bərabərlik hüququnu pozma genderəsaslı zorakılığın və digər ayrı seçkilik formalarının tətbiqinə görə cinayət məsuliyyəti yaradır.
Qadınlara qarşı zorakılıq (QZ) problemi aktual problem olaraq qalır. Ölkə mətbuatında işıqlandırlan cinayət xronikasına nəzər salsaq məişət zorakılığı probleminin öz aktuallığını itirmədiyini müəyyən etmək olur.
Aparılan monitorinq zamanı, əldə edilən məlumatlar məişət zorakılığının yalnız bir forması üzrə, yəni fiziki zorarakılıq formasını əhatə edə bilib.
Məişət zorakılığının digər formaları (psixoloji, iqtisadi, cinsi) haqqında məlumat əldə etmək mümkün olmayıb. O cümlədəm erkən nikahla bağlı məlumatlar dolğun əks edilməyib.
2020-ci ildə, 165 nəfər 15 yaşınadək qızın nikahı icra hakimiyyətləri tərəfindən qeydə alınıb.
2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. 2019-cu ildə isə bu rəqəm 2320 olub.
2022-ci il Azərbaycanda yaşı 18-ə çatmayan şəxslər tərəfindən doğulan uşaqların sayı 2011 nəfər təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 361 uşaq çoxdur.
2022- ci ildə yaşı 18 olmayan və nikaha girən qızların sayı 270 nəfər olub.
2021-ci ildə isə bu say 137 nəfər təşkil edib.
2021-ci ildə məişət zorakılığı nəticəsində 46 qadın qətl edilib.
Azərbaycanda qadın qətlləri daha çox ailədaxili münaqişələr zəminində baş verir. Statistika göstərir ki, ötən il məişət zorakılğı əvvəlki ilə nisbətən 18,2% artıb. Bu zaman zərərçəkənlərin 78,5%-i qadınlar olub, 46 qadın məişət zorakılığı nəticəsində həyatını itirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında qyed edilir ki, hesabat ili ərzində qeydə alınmış cinayət hadisələri üzrə 25 449 zərərçəkmiş şəxsin 7 455-i qadın olub. Zərərçəkmiş qadınlardan 2 945-i xəsarət alıb, 309-u (onlardan 24-ü yetkinlik yaşına çatmayan) isə ölüb.
Vurğulanıb ki, 2022-ci ildə 15 qadının (1 nəfər 14 yaşına çatmamış, 2 nəfər 14-18 yaş aralığı, 12 nəfər 18 yaşdan yuxarı) cinsi zorakılığa məruz qalması ilə bağlı başlanılmış 14 cinayət işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.
2022-ci il ərzində Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9 864 müraciət daxil olub. Məişət zorakılığı halları ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1 175 (2021-ci ildə 1 196), xəsarət alan qadınların sayı 1 132 (2021-ci ildə 1 150), ailə-məişət münaqişələri və qısqanclıq zəmnində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 (2021-ci ildə 46) olub (onlardan 2-i yetkinlik yaşına çatmayan şəxsdir). 2021-ci illə müqayisədə məişət zorakılığı zəminindəki cinayətlərdə azalma müşahidə olunur
2023-cü il üzrə elektron KİV-in monitorinqinin nəticələrinə görə, məişət zorakılığının fiziki zorakılıq forması ilə üzləşmiş şəxslərin ümumi sayı 225 nəfər olub.
Cədvəl 1. Ümumi məlumat
Cins üzrə | Hadisələrin sayı | Ölənlər | Ölümə qəsd |
qadınlar | 150 | 63 | 87 |
Kişilər | 71 | 29 | 42 |
uşaqlar | 4 | 3 | 1 |
CƏMİ | 225 | 95 | 130 |
Əldə edilən məlumatlara əsasın müəyyən edilib ki, baş verən cinayət hadisələri məişət zorakılığının nəticəsidir. Məişət zorakılığının fiziki zorakılıq forması üzrə ümumilikdə 225 nəfər zərərçəkib. Onlardan:
- 67%(150 nəfər) qadın;
- 31%(71 nəfəri) kişi;
- 2%(4 nəfəri) uşaq olub.
Fiziki zorakılığın ölümlə nəticələnməsinə görə:
66.3% (63 nəfər) qadın:
30.5% (29 nəfər) kişi;
3.15% (3 nəfər) uşaq olub.
66.9% (87 nəfər) qadın;
32.3 % (42 nəfər) kişi;
0.76% (1 nəfər) uşaq olub.
Cədvəl 2. Yaş həddi
Qadınlar | Kişilər | ||||
Yaş həddi | Ölüm | Ölümə qəsd | Yaş həddi | Ölüm | Ölümə qəsd |
0 yaş -18 yaş | 3 | 1 | 0 yaş -18 yaş | ||
18 yaş -25 yaş | 11 | 14 | 18 yaş -25 yaş | 3 | 4 |
25 yaş -35 yaş | 15 | 19 | 25 yaş -35 yaş | 1 | 9 |
35 yaş -45 yaş | 17 | 17 | 35 yaş -45 yaş | 6 | 10 |
45 yaş -55 yaş | 6 | 6 | 45 yaş -55 yaş | 2 | 2 |
55 yaşdan yuxarı | 8 | 9 | 55 yaşdan yuxarı | 3 | 2 |
Qeyd yoxdur | 6 | 22 | Qeyd yoxdur | 7 | 15 |
Cəmi | 66 | 88 | 29 | 42 |
Qətl edilmiş qadınların yaş götəricilərinə görə:
0-18 yaşa qədər – 4.5% ( 3 nəfər) uşaq;
18-25 yaş – 16.6% (11 qadın)
25-35 yaş- 22.7% (15 qadın)
35-45 yaş -25.7% (17 qadın)
45-55 yaş-9% (6 qadın)
55 ya və yuxarı -12.1% (8 qadın)
Yaşı qeyd edilməyənlər -9% ( 6 qadın).
Hesablamalar göstərir ki, qətl edilmiş qadınların 74.2 % reproduktiv yaş həddində olanlardır. 18-45 yaş arası olanlar yüksək göstərici ilə 65.1% (43 nəfər) risk qrupuna aiddirlər.
Ölümə qəsd, ağır xəsarətlə müşahidə edilən fiziki zorakılıq üzrə göstəricilərdə qadınların yaş əmsalı aşağıdakı kimidir:
0-18 yaş –1.1% (1 nəfər)
18-25 yaş- 15.9% (14 nəfər)
25-35 yaş-21.5% (19 nəfər)
35-45 yaş-19.3% (17 nəfər)
45-55 yaş -6.8% (6 nəfər)
55 yaşdan yuxarı-10.2% (9 nəfər)
Yaşı qeyd edilməyənlər- 25% (22 nəfər) təşkil edib.
Rəqəmlərə nəzər saldıqda qətl edilmiş və ağır fiziki xəsarət almış qadınların əsas faizi 56.8% (50 nəfər) təşkil edən 18-45 yaş həddində olanlardır.
Kişilərə qarşı məişət zorakılığı zəminində baş vermiş qətl hadisələri üzrə görstəricilər :
- 0 yaş -18 yaş –(0 nəfər)
- 18 yaş -25 yaş-10.3% (3 nəfər)
- 25 yaş -35 yaş- 3.4% (1 nəfər)
- 35 yaş -45 yaş- 20.6% (6 nəfər)
- 45 yaş -55 yaş – 6.8% (2 nəfər)
- 55 yaş və yuxarı- 10.3% (3 nəfər)
- Yaş qeyd olunmayıb – 24.1% (7 nəfər)
Aparılan təhlil göstərir ki, ən yüksək hədd 35-45 yaşda (6 nəfər) olanlardır. O cümlədən, 18-25 yaş və 55 yaşdan yuxarı olanlar da bu qabildən olanlardır.
Araşdırmalar göstərir ki, qətlə yetirilən kişilərdən 3 nəfəri (10.7%) qadın tərəfdən qətlə yetirilib. Onlardan ikisi həyat yoldaşı, biri isə, qızı tərəfdən öldürülüb.
Ölümə qəsd, ağır xəsarətlə müşahidə edilən fiziki zorakılıq üzrə göstəricilərdə kişilərin yaş əmsalı aşağıdakı kimidir:
0 yaş -18 yaş – (0 nəfər)
18 yaş -25 yaş – 9.5% (4 nəfər)
25 yaş -35 yaş- 21.4% (9 nəfər)
35 yaş -45 yaş- 23.8% (10 nəfər)
45 yaş -55 yaş- 4.7% (2 nəfər)
55 yaş və yuxarı – 4.7% (2 nəfər)
Yaş qeyd olunmayıb – 35.7% (15 nəfər).
Ağır xəsarət alan kişilərin 7 nəfəri yoldaşı, 4 nəfəri qeyri-rəsmi münasibətdə olduğu qadınlar tərəfindən, 2 nəfər (1 ögey və1 doğma) qızı tərəfindən xəsarət yetirilib.
Cədvəl 3. Fiziki zorakılığın tətbiqi üsulları
Qadınlar | Kişilər | |||
Ölüm | Qəsd | Ölüm | Qəsd | |
Kəsicialət | 53 | 63 | 23 | 39 |
Odlusilah | 2 | 2 | 1 | |
Döyülmə | 2 | 20 | 3 | 1 |
Boğaraq | 8 | 1 | 1 | |
Kütalət | 1 | |||
Zorlama,kəsici alət | 1 | 1 | ||
Avtomobil | ||||
Hündürlükdən atma | 1 | |||
Qaynar su | 3 |
Qadınlara qarşı fiziki zorakılığın tətbiqi zamanı, istifadə edilən və daha çox üstünlük təşkil edən vasitə kəsici alətlərin (80.3%)olduğu müəyyən edildi. Fiziki zərər, qorxu, ağrı, zədə, digər fiziki əzab və ya bədən xəsarəti yetirmək məqsədi ilə qurbana birbaşa və ya dolayı təsir göstərmək. Məcburi nəzarət kontekstində fiziki zorakılıq qurban üzərində nəzarətdir. Münasibətlərdə fiziki zorakılığın dinamikası çox vaxt mürəkkəbdir. Fiziki zorakılıq təhdid, hədə-qorxu və təcrid, manipulyasiya və şəxsi azadlığa digər məhdudiyyətlər vasitəsilə qurbana təsir vasitəsi kimi digər sərt və ya təhqiramiz davranışların kulminasiyası hesab edilir.
Hazırda dünyanın bir çox ölkələrində məişət zorakılığı kontekstində boğmaqla (bizim monitorinqdə aşkarlanan -12.1%) bağlı böyük diqqət yetirilir. Məişət zorakılığının ən ölümcül formalarından biri kimi tanınır; lakin xarici travmanın olmaması, eləcə də bu sahədə sosial şüurun və tibbi təlimatların olmaması səbəbindən boğulma çox vaxt latent olaraq qalır.
Ağır bədən xəsarəti ilə müşahidə edilən fiziki zorakılıq(71.5%) zamanı da istifadə edilən vasitə kəsici alətlərin olması müəyyən edildi. Fiziki zorakılığın ölümlə nəticələnməyən digər forması döyülmə (22.7%) təşkil edib.
Qaynar su ilə yandırmaya (4.5%) cəhd əksər vaxt ölümlə nəticələnməsə də lakin, qadının üz, bədən hissələrinin eybəcər hala salınmasına təsir göstərir. Əksər vaxt qaynar su qələvi turşulardan istifadəsi tətbiq olunur və daha çox, qadının üz və gözlərinin yandırılması, şikəstliklə nəticələnir.
Odlu silah vasitəsilə qətl də fiziki zorakılığa şamil edilir. Müsbət haldır ki, başqa ölkələrə nisbətdə, bizim ölkədə bu fakt (3%) olduqca aşağı göstəricidir.
Kişilər arasında məişət zorakılığı zəminində silahla qətl (3%) aşağı göstərici ilə diqqəti cəlb edir. Lakin kəsici alətlərdən istifadə etməklə qətl (79.3%)və ya qətlə qəsd (92.8%) olub.
Cədvəl 4. Aylar üzrə göstəricilər
Aylar | Qadınlar | aylar | Kişilər | ||
Öldürmə halları | Ölümə qəsd | Öldürmə halları | Ölümə qəsd | ||
yanvar | 5 | 15 | yanvar | 3 | 4 |
fevral | 10 | 14 | fevral | 2 | 4 |
mart | 7 | 3 | mart | 2 | 6 |
aprel | 1 | 10 | aprel | 1 | 1 |
may | 8 | 8 | may | 4 | 2 |
iyun | 6 | 3 | iyun | 4 | 4 |
iyul | 6 | 9 | iyul | 4 | 8 |
avqust | 5 | 5 | avqust | 3 | 5 |
sentyabr | 4 | 7 | sentyabr | 3 | |
oktyabr | 6 | 8 | oktyabr | 2 | 2 |
noyabr | 5 | 4 | noyabr | 1 | |
dekabr | 3 | 2 | dekabr | 3 | 3 |
Cəmi | 66 | 88 | 29 | 42 |
Aylar üzrə göstəricilərə görə, məişət zorakılığı qurbanı olan qadınlar üçün bütün aylarda təhlükə var. İlin birinci altı ayı yüksək həddir. Belə ki,
Yanvar ayı üzrə – 7.5 % qətl, 17% ölümə qəsd;
Fevral ayı üzrə – 15.1% qətl, 15.9% ölümə qəsd;
Mart ayı üzrə -10.6% qətl, 3.4% ölümə qəsd;
Aprel ayı üzrə -1.5% qətl, 11.3% ölümə qəsd;
May ayı üzrə -12.1% qətl, 9% ölümə qəsd;
İyun ayır üzrə -9.% qətl, 3.4% ölümə qəsd;
İyul ayı üzrə -9% qətl, 10.2% ölümə qəsd;
Avqust ayı üzrə – 7.5%qətl, 10.2% ölümə qəsd;
Sentyabr ayı üzrə-6%, qətl, 7.9% ölümə qəsd;
Oktyabr ayı üzrə- 9% qətl, 9.% ölümə qəsd;
Noyabr ayı üzrə -7.5% qətl, 4.5% ölümə qəsd,
Dekabr ayı üzrə -4.5% qətl, 2.2% ölümə qəsd baş verib.
Aylar üzrə göstəricilərə görə, məişət zorakılığı qurbanı olan kişilər üçün vəziyyət qismən fərqlidir. Belə ki, aparılan araşdırma göstərir ki:
Yanvar ayı üzrə – 10.3 % qətl, 9.5% ölümə qəsd;
Fevral ayı üzrə – 6.8 % qətl, 9.5% ölümə qəsd;
Mart ayı üzrə -6.8 % qətl, 14.2 % ölümə qəsd;
Aprel ayı üzrə -1.5% qətl, 2 .3% ölümə qəsd;
May ayı üzrə -13.7 % qətl, 4.7 % ölümə qəsd;
İyun ayır üzrə -13.7 % qətl, 9.5% ölümə qəsd;
İyul ayı üzrə -13.7 % qətl, 19 % ölümə qəsd;
Avqust ayı üzrə – 10.3 %qətl, 11.9 % ölümə qəsd;
Sentyabr ayı üzrə- 0 %, qətl, 7.1% ölümə qəsd;
Oktyabr ayı üzrə- 6.8 % qətl, 4.7 % ölümə qəsd;
Noyabr ayı üzrə -3.4 % qətl, 0 % ölümə qəsd,
Dekabr ayı üzrə -10.3 % qətl, 7.1% % ölümə qəsd baş verib.
Kişilər arasında qətllərin yüksək həddi may, iyun, iyul aylarına təsadüf edir, ağır bədən xəsarəti alan kişilər, mart, iyun, iyul, avqust, sentybar ayına təsadüf edir.
Cədvəl 5. Zorakılıq tətbiq edən şəxslərin qohumluq münasibəti
Qadınlar | Kişilər | ||||
Qohumluq münasibətləri | ölüm | Ölümə qəsd | Qohumluq münasibətləri | ölüm | Ölümə qəsd |
Yoldaşı | 32 | 49 | Oğul | 9 | 3 |
Qardaşı | 10 | 1 | Qohumu | 10 | 17 |
Oğlu | 6 | 7 | Yoldaşı | 2 | 7 |
Qeyrirəsmi | 8 | 13 | Qardaş | 3 | 4 |
Keçmişyoldaşı | 3 | 6 | Qızı | 1 | |
Qohum | 4 | 9 | Nəvə | 1 | |
Ata | 2 | 3 | Sevgilisinin qohumları | 1 | 1 |
Anasının sevgilisi | 1 | Ögey övlad | 1 | 1 | |
Valideyn | 1 | 4 | |||
Qeyri rəsmi | 4 | ||||
Ananın qeyri-rəsmi münasibətdə oldugu şəxs | 1 | ||||
Cəmi | 66 | 88 | 29 | 42 |
Cədvəldən göründüyü kimi, qadın qətlləri (32 hal) və sağlamlığa ağır xəsarət yetirmə (49 hal) ilə müşahidə edilən fiziki zorakılıq faktı üzrə cinayəti törədənlər,əsasən qadınların həyat yoldaşı olmaqla birincilikdə dayanır.
Eləcə də qeyri-rəsmi nikahla birgə yaşayanlar arasında qədın qətilləri (8 hal), sağlamlığa ağır xəsarət yetirmə (13 hal) ilə müşahidə edilən fiziki zorakılıq faktı ikinci yerdə dayanır.
Üçüncü yerdə qardaşaları tərəfindən qətlə yetirilənlər dayanır. Belə ki, 10 hal qətl, 1-hal üzrə isə sağlamlığa ağır xəsarətlə diqqəti cəlb edir.
Dördüncü yerdə oğlu (6 hal) və keçmiş həyat yoldaşı (3 hal) qətlə yetirmə faktı müəyyən edilib. Sağlamlığa ağır xəsarətlə oğlu tərəfdən (7 hal), keçmiş həyat yoldaşı tərəfdən isə (6 hal) müəyyən edilib.
Kişilər arasında məişət zorakılığı zəminində qətllərdə birinci yerdə qohumalar dayanır. Belə ki, 10 qətl, 17 sağlamlığa ağır xəsarət faktları müəyyən edilib.
Kişilərə qarşı məişət zorakılığı zəminində qətllərin 3 hal, qadınlar tərəfdən baş verərək, qətlə yetiriliblər. Onlardan ikisi həyat yoldaşı, biri isə, qızı tərəfdən öldürülüb.
Ağır xəsarət alan kişilərin, 7 nəfəri yoldaşı tərəfindən, 4 nəfəri qeyri-rəsmi münasibətdə olduğu qadınlar tərəfindən, 2 nəfər (1 ögey və1 doğma) qızı tərəfindən xəsarət yetirilib
Qadınlar tərəfindən törədilən, məişət zorakılığının formalarından biri olan, fiziki zorakılıq forması ilə üzləşən kişilərin sayı 13 nəfəri təşkil etmişdir.
Cədvəl 6. İntihar halları ilə bağlı göstəricilər
Qadınlar | Kişilər | ||
69 | 198 | ||
Əvvəlki illərlə müqayisədə intihar hallarının sayında azalamlar müaşidə edilir. Belə ki, əvvəlki illərdə hətta qadınalrın intihar hallarının, kişi intiharalrından daha çox olduğu faktlar mövcud idi. Cədvəldən göründüyü kimi, hazırda, qadın intiharları 22 %, kişi intiharları isə 71%-i təşkil edir. O cümlədən uşaq intiharları üzrə də göstəricilərin azalması faktı diqqəti cəlb edir. Təəssüf ki, hələ də uşaq intiharları ilə bağlı rəqəm az da olsa (7%) var.
Uşaq intiharları ilə bağlı cəmiyyətdə son illər narahatçılıq hökm sürürdü. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin araşdırmasına görə, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71, 2014-cü ildə isə 50 uşaq intihar edib.
Digər bir mənbədə, 2016-cı ildə Səhiyyə Nazirliyi tərəfindən keçirilən dəyirmi masada qeyd edilib ki, Azərbaycanda hər iki cinsdən olan şəxslərin intihar halları cüzi də olsa artıb. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında, intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın, o cümlədən 42-nəfər yetkinlik yaşına çatmayan şəxslər oluduğu qeyd edilib.
Cədvəl 7. Yaş həddi
Yaş həddi | Qadınlar | Kişilər |
0 yaş -18 yaş | 10 | 8 |
18 yaş -25 yaş | 11 | 28 |
25 yaş -35 yaş | 8 | 43 |
35 yaş -45 yaş | 12 | 38 |
45 yaş -55 yaş | 2 | 17 |
55 yaş | 20 | 48 |
Qeyd yoxdur | 6 | 16 |
Cəmi | 69 | 198 |
Cədvəl 9. Ərazi üzrə bölgü
Ən cox hadisə olan şəhərlər
Qadınlar | Kişilər | ||||
Ölüm | Ölümə qəsd | İntihar
|
Öldürmə halları | Ölümə qəsd | İntihar |
Bakı-18 | Bakı-37 | Bakı-26 | Bakı-10 | Bakı-15 | Bakı-58 |
Abşeron-6 | Gəncə-7 | Sumqayıt -5 | Biləsuvar-3 | Gədəbəy-3 | Quba-9 |
Gəncə-4 | Abşeron-3 | Neftçala-4 | Sumqayit-2 | Abşeron-3 | Xaçmaz-8 |
Şəki-2 |
Ərazi | Qadınlar | Kişilər | ||
Qətl | Qəsd | Qətl | Qəsd | |
Bakı iqtisadirayonu (Bakı şəhəri) | 20 | 40 | 10 | 15 |
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları) | 2 | 1 | 1 | |
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) | 10 | 4 | 4 | 4 |
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları | 1 | 2 | 1 | |
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); | 6 | 10 | 5 | |
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); | 6 | 3 | 1 | 2 |
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); | 2 | 5 | 1 | 4 |
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); | 2 | 6 | 1 | |
Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları | 7 | 3 | 1 | 2 |
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlaxvə Zərdab rayonları); | 6 | 2 | 2 | 1 |
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); | 1 | 5 | 2 | 2 |
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəkivə Zaqatala rayonları); | 2 | 6 | 4 | 3 |
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçınvə Zəngilan rayonları); | ||||
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçalavə Salyan rayonları) | 1 | 1 | 4 | 1 |
CƏMİ | 66 | 88 | 29 | 42 |
Ərazi | İntihar | |
Qadınlar | Kişilər | |
Bakı iqtisadi rayonu (Bakı şəhəri) | 26 | 58 |
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları) | 0 | 6 |
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) | 6 | 9 |
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları | 1 | 9 |
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); | 4 | 16 |
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşavəTərtər rayonları); | 4 | 4 |
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirvəTovuz rayonları); | 3 | 10 |
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); | 5 | 21 |
Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları | 3 | 16 |
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); | 6 | 15 |
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); | 4 | 9 |
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); | 3 | 13 |
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); | 0 | 1 |
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) | 4 | 11 |
Cəmi | 69 | 198 |
Cədvəldən göründüyü kimi, qadınlarla bağlı qətllər, fiziki zorakılığın ağır forması olan, xəsarətlər, o cümlədən intihatlar daha çox Bakının payına düşür.
Kişilərlə bağlı olan faktlarda da qətllər, ağır bədən xəsarəi və intiharlarla bağlı göstəricilərdə Bakı birincilikdədir. Məişət zorakılığının böyük şəhərlərdə baş verməsi dünyanın inkişaf ölkələrində qeyd edilən tendensiyadır.
Aparılan təhlilin bir məqsədi də məişət zorakılığın formaları, yaş göstəriciləri, hadisə baş verərkən tətbiq edilən metodlar, o cümlədən ərazilər qeyd edilən bütün göstəricilər məhz gələcəkdə, məişət zorakılığı ilə mübarizədə hazırlanan yeni normativ hüquqi aktlar, yaxud mövcud qanunvericiliyin təkmilləşdirilməsində öz töhfəsini verə bilər.
Eləcə də məişət zorakılığı ilə mübarizə mövzusunda təlimlərdə istifadə üçün yararlı olar./Cebhe.info