“Ailəmdəki qadınları məcbur etməmişəm” – Kadırov hicabdan danışdı

Çeçenistan prezidenti Ramzan Kadırov beynəlxalq hicab günündə hicab geyinən qadınlarla bağlı fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, ailəsində bütün qadınların örtülü geyindiyini diqqətə çatdıran siyasətçi bunları bildirib:

“Müsəlmanlar üçün hicab dindarlıq və ədəb simvoludur. Ailəmdə bütün qadınlar hicabdan istifadə edirlər. Bu onların seçimi idi, heç kim məcbur etməyib. Axı bu gün, şərəf, təvazökarlıq və saflıqdan danışıb, sabah onu danmaq ikiüzlülükdür. Buna görə seçimi anlamaq lazımdır”.

Kadırov bildirib ki, bütün dinlərdə qadınların başlarını örtməli olduğu qeyd olunur:

“Zaman dəyişir, artıq kimlərsə dini qaydalara riayət etmək istəmir. Çeçenistanda Quranın qanunlarına hörmət edən bir çox qadın var. Amma bir çox örtüksüz qadın da tanıyıram ki, təvazökarlıq, vicdanlılıq və ədalət standartlarını özlərində cəmləşdiriblər”.

COP29