Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ailəsi itkin düşən 23 yaşlı oğlunu axtarır - FOTO

Qubada 23 yaşlı gənc itkin düşüb.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Quba rayon sakini, 1997-ci il təvəllüdlü Məcidov Novruzbəy Niyaz oğlu bu ilin mayın 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

N.Məcidovun əlamətləri belədir: boyu 161 santimetr, qısa qara saçlı, uzun sifətli, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxan zaman onun əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli idman ayaqqabısı olub.

N.Məcidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir, aydın danışa və özü haqqında dəqiq məlumat verə bilmir.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə, 02333-5-35-11, 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.yenicag.az

190