Ailəsi Şahini son mənzilə yola salır – Fotolar

Ötən gün dünyasını dəyişən rejissor Şahin Zəkizadə son mənzilinə yola salınır.

Yeniçağ.az xəbər verir ki, hazırda mərhumun yaxınları onun Yeni Yasamaldakı mənzilinə toplaşıb. Onlar arasında rejissor Kənan M.M. və müğənni Əbdül Xalid də yer alıb.

Qeyd edək ki, qan xərçəngindən əziyyət çəkən Ş.Zəkizadə dünən dünyasını dəyişib. Mərhum bu gün Maştağada “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az