Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Ailəsindən danışan Gülnarə Xəlilova: “Son sözü mən deyirəm"

Tanınmış modelyer Gülnarə Xəlilova şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən modelyer həyat yoldaşının ona qadağalar qoymadığını deyib:

“Əslində nəyə qadağa varsa, ona maraq güclü olur. Heç vaxt geyimlərdə həyat yoldaşımın mənə qadağaları olmayıb. Heç özüm də açıq-saçıq libaslar geyinmirəm, çünki sevmirəm. Qarderobumda belə geyimlər də yoxdur”.
Sən demə, modelyer həyat yoldaşının da geyimlərini özü seçir. Bunu da belə izah edir:

“Öz zövqümlə geyinirəm. Bəzən isə həyat yoldaşımla, ya da oğlumla “bu aksesuar bu pencəklə, ya bu ətəklə necə görünür?”, deyə məsləhətləşirəm. Yoldaşımın geyimlərini isə mən seçirəm. Ümumiyyətlə, evdə hamı bu işi mənə həvalə edir. Bəyənmədiyim geyim alına bilməz. Çünki zövqlü seçim edirəm. Geyimdə son sözü mən deyirəm”.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

2951
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM