Braziliyada MMA qaydasız döyüş idmançısı Adriano Mamute evində qətlə yetirilib.
Yenicag.az xəbər verir ki, 29 yaşlı idmançı ailə üzvlərinin gözü önündə güllələnib.
Ailəsinin verdiyi məlumata görə, gecə saatlarında silahlı şəxslər evə soxularaq Mamutenin üzünə tapança ilə vurublar. Daha sonra isə o, sinəsindən bıçaqlanıb.
Üç nəfərdən ibarət olan silahlılar idmançını həyat yoldaşı və 9 yaşlı uşağının gözü önündə qətlə yetirib.