Ajda Pekkan Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan Bakıya gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Nargis” maqazin jurnalının rəhbəri Ülviyyə Mahmudova sosial şəbəkədə məlumat yayıb.

“Dostlar, sizin üçün əla xəbərimiz var! Yaxın zamanda Türkiyənin pop divası Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətiylə Bakıda konsert proqramı ilə çıxış edəcək”, deyə o, bildirib.