Ajda Pekkandan heyranlarına bəd xəbər

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan verdiyi açıqlaması ilə heyranlarını kədərləndirib.

Yeniçağ.az xarici mətbuata istinadən bildirir ki, 71 yaşlı müğənni son albomunu hazırladıqdan sonra səhnədən gedəcəyini deyib. İlk albomunu 1968-ci ildə çıxaran Pekkan bu günə qədər 19 alboma imza atıb. Adını türk estradasına qızıl hərflərlə yazan əfsanəvi müğənninin bu addımı hansı səbəbdən atdığı isə məlum deyil.

Yeniçağ.az