AK partiyanın 16 yaşı qeyd olundu – FOTOLAR

Bu gün Türkiyənin paytaxtı Ankarada AK (Ədalət və İnkişaf) partiyanın 16 yaşı qeyd olunub.

Yenicag.az xəbər verir ki, “Harikalar Diyarı” parkında keçirilən tədbirdə qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Sözügedən tədbirə 6000 qonaq dəvət olunub.

AK partiyanın 16 yaşına həsr olunmuş tədbir Türkiyə himninin səsləndirilməsi ilə başalayıb. Ərdoğanla yanaşı, baş nazir Binəli Yıldırım da tədbirə qatılanlar arasında olub. Tədbirin keçirildiyi məkan AK partiyanın 16 illik fəaliyyətini əks etdirən fotolarla bəzədilib. Bundan başqa quraşdırılan mini kitabxanalarda partiya aid kitablar da yerləşdirilib. Eyni zamanda Ərdoğanin siyasi fəaliyyətindən bəhs edən film də qonaqlara təqdim olunub.

 

Yenicag.az