Akademik Ramiz Məmmədov vəfat etdi

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!