Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva vəfat edib. Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.
Onun sözlərinə görə, Rəfiqə Əliyeva ilə vida mərasimi sabah AMEA-da keçiriləcək.
“Vida mərasimi AMEA-nın dairəvi zalında saat 12:00-dan 15:00-dək davam edəcək”.
Qeyd edək ki, akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib. 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.
R.Əliyeva Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professoru olub. O, “Şöhrət” ordeni və müxtəlif mükafatlara layiq görülüb.
Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilib.
Xatırladaq ki, Rəfiqə Əlirza qızı Əliyeva ulu öndər Heydər Əliyevin bacısı, prezident İlham Əliyevin bibisidir.
O, məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır.
Allah rəhmət eləsin!
Yeniçağ.az