Akademiklərə qadağa – Xaricə gedə bilməzlər

1244319_620x410dfTürkiyənin Təhsil Şurası akademiklərin və müəllimlərin fəaliyyətinin yoxlanmasını tələb edir.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkə xaricində xidmət edən müəllimlərin vəziyyətlərinin təcili şəkildə yoxlanılması və xaricdə qalması zəruri olmayanların ən qısa müddətdə Türkiyəyə çağrılması tələb edilir.

Qeyd edək ki, daha əvvəl Ali Təhsil Şurası Türkiyə üzrə bütün universitetlərdə 1577 dekanın istefasını istəmişdi.