Akar ilə Şoyqu arasında telefon danışığı – Müzakirə mövzusu açıqlandı

Türkiyənin müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, iki ölkənin müdafiə nazirləri Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsi və bu regiondan 1 milyondan artıq qaçqının evinə qaytarılması məsələlərini müzakirə ediblər.

Tərəflər İdlibdə davamlı atəşkəsin, regionda sülhün və sabitliyin təmin olunması üçün səylərin davam etdiriləcəyini vurğulayıblar.

Həmçinin nazirlər əldə olunmuş razılaşmalardan irəli gələn öhdəliklərə sadiq olduqlarını qeyd ediblər.

COP29
Рейтинг@Mail.ru Яндекс.Метрика