“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.
Yenicag.az-ın məlumatına görə, Şakir Rəhimov və Fərid Məmmədov Müşahidə Şurasını tərk ediblər.
Onların əvəzinə isə Müşahidə Şurasına Elnur Həsənov və Cavid Mirzəyev daxil olub.
Qeya edək ki, hazırda tərkibinə 7 nəfərin daxil olduğu Müşahidə Şurasına Asəf Hüseynov rəhbərlik edir.