Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı fəaliyyətinin güzəştli şərtlərlə kreditləşdirilməsi davam edir.
Yenicag.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63.4 milyon manat məbləğində güzəştli kredit verilib.
10 ay ərzində güzəştli şərtlərlə verilmiş kreditin 48.3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14.1 milyon manatı isə mikrokreditlərdir.
AKİA həmçinin kənd təsərrüfatı texnikası və avadanlıqlarının, eyni zamanda damazlıq heyvanların alınması fermerlərə güzəşt vəsaiti ayırır.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5208 baş damazlıq heyvanın (4410 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 15.2 milyon manat, habelə güzəşt vəsaiti ayrılıb.
www.yenicag.az