Reklam

Reklam

dfgdgdgBir neçə gün əvvəl işdən qovulan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Yenicag.az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb.

Onun barədə həbs- qəti imkan tədbiri seçilib . General-mayorun həbsi onlarla MTN zabitinin verdikləri ifadələr əsasında baş tutub.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."