“Akif Çovdarova kəsilən 12 illik həbs cəzası…” – Millət vəkili

“Əsas məsələ onun cəzasını alması, vətəndaşlara vurduğu maddi-mənəvi ziyanın ödənilməsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sabunçu Rayon Məhkəməsinin sabiq MTN-in generalı Akif Çovdarova verdiyi 12 illik həbs cəzasını dəyərləndirən millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkilinin fikrincə, Çovdarova verilən cəza ədalətlidir:

“Bir hüquqşünas olaraq belə düşünürəm ki, Çovdarova verilən 12 illik həbs cəzası ona qarşı irəli sürülmüş ittihamlara adekvatdır və ədalətli sayılmalıdır.

Bu çərçivədə əsas məsələ onun törətdiyi cinayətlərə görə cəzasını çəkməsi ilə yanaşı, həm də vətəndaşlara vurduğu maddi-mənəvi ziyanın ödənilməsidir.

İnanıram ki, bu məsələlər də öz həllini tapacaq”.

A.Zeynalov

COP29