Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Akif Çovdarovun qanlı “Təhsil mafiyası”nın adları və cinayətləri açıqlandı – Lütvi, Mirzə, … və XANIM – Foto-Video

lutfi_3MTN cəlladı Akif Çovdarov həbs olunsa da, adamları hələ də azadlıqda gəzməkdədirlər. Bu barədə Azerinfo.org-a məlumat verən mənbənin sözlərinə görə, fərqli sahələr üzrə xüsusi qruplar quran A.Çovdarov təhsil sahəsini də “boş buraxmayıb”. Belə ki, qanunsuz köçürmələr, testdən kənar qəbul və digər təhsil cinayətləri ilə də “qaz vurub, qazan doldurub”.  Bu işdə bir sıra ortaqları olsa, fərqli universitetlərdəki çirkli dəstəsi onların dəstəyindən yararlanaraq bəzi təhsil müəssisələrinin rəhbərlərinə himayədarlıq edib, bəzilərini isə generallar üçün “yem”ə çevirib.

Hətta özləri üçün ciddi problem hesab etdikləri şəxslər varsa, onların fiziki məhvini belə icra etməkdən çəkinməyiblər. Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti zaman-zaman hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalansalar da, Akif Çovdarov onları polisin əlindən qurtara bilib.

Təhsil üzrə cinayətkar dəstənin başında Milli Elmlər Akademiyasının işçisi, dəfələrlə dələduzluq üzrə həbs edilən, lakin müəmmalı şəkildə azadlığa buraxılan Lütvi Xanverdi oğlu Əliyev dayanır. Üzə dayanmaq, dələduzluq etmək, insanların əmlakını mənimsəmək və cinayətin bütün növlərini icra etmək Lütvi Əliyev üçün adi hala çevrilib. Hər halda tanınmış universitetlərdən birinin prorektoru Tariyel Əhmədovun ölümündə əlinin olduğuna dair yazıları təzkib etməməsi bunu göstərir. Belə ki,  onun T.Əhmədovun küçənin ortasında başından vurulmasının icraçılarından biri olduğu iddia olunmaqdadır. L.Əliyev isə bütün suallardan qaçır.

Lütvi Əliyevin yardımçısı olaraq Mirzə Mirzəyevin və XANIMın adı çəkilməkdədir. Cinayətkar dəstənin “Kraliça”sı olan bu xanım Lütvi Əliyevdən daha təhlükəlidir. Bu barədə araşdırmalarımız davam etdiyindən hələlik toxunmuruq.

Lütvi Əliyevlə bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Yasamal Polis İdarəsi ilə üzbəüz həyət evində qalan bu şəxs xeyli sayda insanı aldadıb. Ən son aldatdığı şəxslərdən birinin ölkənin tanınmış siyasilərindən biri olduğu vurğulanır. Hazırda Lütvi Əliyevlə birlikdə etdiyi dələduz fəaliyyətinə görə, həbsdə olan İncəsənət Universitetinin müəllimi Mehman Zamanov kimi təqdim etdikləri birini həmin şəxsə təqdim edərək, ondan 5600 manat pul alıblar. Bu pulun qarşılığında isə onun yaxın tanışını testdənkənar universitetə qəbul etdirəcəklərini bildiriblər. Bu məsələdə onlara Təhsil Nazirliyindəki vəzifəli şəxsin yardım edəcəyinin də qarantını veriblər. Lakin sonradan nə uşaq universitetə daxil ola bilib, nə də Lütvi Əliyev pulu qaytarıb.

Şikayətçi bildirir ki, onu aldadan Lütvi Əliyev və havadarlarıdır: “Mən dəfələrlə bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmək istəsəm də, məni bu yola baş vursam, qəpik də ala bilməməklə təhdid edirlər. Onlar deyir ki, Akif Çovdarov içəridə olsa da, biz yenə istədiyimizi etməyə qadirik. Mənim üçün qaranlıqdır ki, bu tip insanlara hansı yaramaz məmurlar dəstək verirlər?”

Mövzuya qayıdacağıq.

Lütvi Əliyevin bəzi cinayətlərini etiraf etdiyi video:

 

Azerinfo.org

www.yenicag.az

552