!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Akif Əlinin o sözləri hüquqi məsuliyyət yaradır, ancaq..." - Millət vəkili

!Reklam – Yazi

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli azərbaycanlı məşhur alim Lütfi Zadə haqqında “fındıqbaş” ifadəsini işlədib. Hətta saytımıza açıqlamasında belə o, görkəmli alim barədə daha sərt ifadələr səsləndirib: “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Onun alimliyinin mənə dəxli var?

Nazirlər Kabineti rəsmisinin dünya şöhrətli alim barədə səsləndirdiyi bu ifadələr cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında Akif Əlinin Lütfi Zadə barədə dediyi ifadələri ziyalıya yaraşmayan bir açıqlama kimi dəyərləndirdi:

“Akif Əlinin işlətdiyi o təhqiramiz ifadələr təbii ki, hüquqi məsuliyyət yaradır. Yəni burada bir şəxsin fizionomiyasının təhqirindən söhbət gedir.

Ancaq indiki halda düşünmürəm ki, Lütfi Zadənin varisləri işlərini buraxıb bu məsələnin arxasınca düşsünlər. Həm də bu ifadələrin hüquqi baxımdan sübutu vaxt aparan uzun bir prosesdir.

Fikrimcə, burada Akif Əlinin mənəvi məsuliyyəti hüquqi baxımdan daha çoxdur. Kiminsə barəsində, xüsusilə də böyük bir alim haqqında o sözləri demək heç kəsə yaraşmır.

Ən azı ziyalı və ağlı olan adam ümumiyyətlə, azərbaycanlı alim, dünyaya töhvə verən digər ölkə alimləri barədə də bu cür ifadələr işlətməməlidir. İnsana fiziki görkəminə görə dəyər verməzlər, ona ağıl, məntiq və şəxsiyyətinə görə qiymət verilə bilər. İkinci bir tərəfdən insanı sevmirsənsə, bu o demək deyil ki, onu təhqir etməlisən. Lütfi Zadə böyük bir alimdir. O, öz çəkisinə görə Azərbaycan adını dünya səviyyəsinə qaldıran bir şəxsiyyətdir. Ölkə prezidenti və birinci vitse-prezident tərəfindən həmin alimə rəsmi səviyyədə yüksək dəyər verilibsə, Akif Əli kimiləri kimdir ki, bu formada ifadələr işlədir? Alimin fikirlərinə müxalif ola bilərsən. Amma bütövlükdə vəfat etmiş adamı bu cür təhqir etmək heç bir məntiqə, insanlığa sığmayan bir davranışdır. Belə adamları hansısa vəzifələrə təyin edəndə öncədən onun öz sözünün əvvəlini-sonunu bilib-bilmədiyini araşdırmaq və yalnız bundan sonra vəzifəyə təyin etmək lazımdır”.

AMİP funksioneri Əli Orucov isə bildirdi ki, Lütfi Zadə barədə təhqiramiz ifadələr işlədənlərin psixikasında problemlər var:

“Lütfi Zadə dünyada tanınmış məşhur alimdir. Onun əsərləri və kəşflərindən elm və texnologiyada geniş istifadə olunur. Akif Əli kimiləri bilməlidir ki, Lütfi Zadə yeganə alimdir ki, onun tədqiqat, kəşf və əsərlərinə 36 mindən çox istinad var. Lütfi Zadə dahi alimdir, ona yüksək qiymət verməliyik. Nazirlər Kabinetində vəzifə tutan rəsmi bir şəxsin görkəmli alim barədə dediyi ifadələr həm həmin adamın səviyyəsi, həm də onun daxili aləminin göstəricisidir. Yəqin bu adamın həm də psixologiyasında problem var. Dahi insan barədə belə ağzına gələni danışırsa, görün sadə insanlar barədə nə fikirdədir. Həmin olay Azərbaycan məmurlarının ölkə vətəndaşlarına aşağıdan yuxarı necə baxdıqlarına əyani bir sübutdur”.

ELÇİN

www.yenicag.az

2315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv