!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Əliyev dövlətin cibinə girməyin yeni yolunu tapıb

!Reklam – Yazi

mmmmmmmmmmmmDSMF-nın Masaalı şöbəsinin müdiri rayondakı müəsissə və təşkilatların işçilərini yenidən saf çürük edir?

Son illər mətbuatda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şəhər və rayon şöbələrində baş verən özbaşınalıqlar, süründürməçiliklərlə bağlı silsilə yazıların getməsi ondan xəbər verir ki, qurumun şöbələrində vəziyyət heçdə ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi şöbə müdirləri arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar.

Qeyd edək ki, fondun sabiq sədri Səlim Müslümov bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildi. Onun fondda boş qalan postunu isə keçmiş müavini Elman Mehdiyev tutdu. Elman Mehdiyevin DSMF sədi keçməsinə və qurumda bəzi islahatlar aparmasına baxmayaraq hələki, ciddi problemlər qalmaqdadır. AzFakt.com-un elektorn ünvanına daxil olan məlumatda qeyd olunur ki, Masallı ƏSMM-müdirliyindən DSMF-nin rayon şöbəsinə “transfer” olunan Akif Əliyev müdiri qurumu istədiyi kimi idarə edərək vətəndaşları süründürməyə başlayıb. Belə ki, ƏSMM müdiri işldiyi dövrdə yaxşı qazanc əldə edən şöbə müdiri DSMF sədri Elman Mehdiyevə arxalandığını açıq aşkar deyərək heç kəslə hesablaşmır. AzFakt.com-a verilən məlumatda qeyd olunur ki, Akif Əliyev Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə rəis təyin olunduğu gündən problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar və bir çox işçilərin işdən çıxarılması, həmçinin yerlərinin dəyişdirilməsi Akif Əliyevə qarşı narazılığı pik nöqtəyə çatdırıb.

Məlumatda qeyd olunur ki, Akif Əliyev təyin olunduğu gündən vətəndaşların pensiya müddətlərini “rüşvət” qarşılığında uzatmaqla bərabər həmdə digər qazanc mənbələri tapıb. Bu mənbələr isə ona ayda xeyli miqdarda gəlir gətirəcək. Bildirilir ki, Akif Əliyev Masallı rayonunda fəaliyyət göstərən müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə sövdələşməyə gedərək rəsmi sənədlərdə həmin qurumlarda işləyən fəhlələrin sayını azaltmağa başlayıb. Bu azaltma təşkilat rəhbərlərini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Şöbə müdiri müəsisə rəhbərləri ilə anlaşaraq öz maddi marağını güdməklə dövlətin cibinə girir. Bu anlaşma əsasən özəl sektorda xeyli işçisi olan müəsisələrə, şadlı evlərinə, restoranlara daha sərf edir. Bunu nəzərə alan şöbə müdiri fürsəti əldən buraxmayaraq “fəlaiyyətə” keçib. Mənbə iddia edir ki, Akif Əliyev bu “əməliyyatı” uğurla başa çatdırsa o zaman hər il şöbə müdirinin cibinə külli miqdarada qazanc daxil olacaq. Mövzunu gündəmdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 

Yenicag.az

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv