“Heç yaşlanmaqdan da qorxmamışam və qorxmuram da”.
Bu sözləri doğum günü olan Xalq artisti, məşhur sənətkar Akif İslamzadə təəssüratlarını bölüşərkən deyib.
O, xoş gününü ailəsi və yaxınları ilə qeyd edəcəyini bildirib:
“Doğum günümü ailəm və yaxınlarımla evimdə qeyd edəcəyik. Şükürlər olsun Allaha ki, əhval-ruhiyyəm də yüksəkdir”.
Xalq artisti “sizin üçün rəqəmlərin önəmi varmı” sualını belə cavablandırıb:
Mənim üçün rəqəmlər o qədər də önəm daşımır. Heç yaşlanmaqdan da qorxmamışam və qorxmuram da. Bu gün 76 yaşım tamam olur. Amma sabah küçədə gedəndə məndən soruşsalar, neçə yaşınız var, 76 əvəzinə 77 deyəcəm. Çünki rəqəmlərin mənim üçün əhəmiyyəti olmayıb”.
Xalq artisti bu yaşında cavan və gümrah olmasına görə genetikasına və ruhuna minnətdar olduğunu bildirib:
“Əsas olan rəqəm deyil, insanın iç dünyası və niyyətdir. İnanın içi ilə çölü vəhdət təşkil etməlidir. Dediyiniz kimi, yaşıma görə cavan qalmışamsa, genetika və ruhuma minnətdaram”.
Cəvahir