!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Nağı Tahir Kərimlinin cavabını verdi – Mövzu: Nardaran

!Reklam – Yazi

1448540604_3Bu günlərdə Modern.az saytına müsahibəsində millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli Nardaranla bağlı hadisələrə toxunarkən bildirib ki, Nardaran bir növ dinimizin, muğamatımızın paytaxtıdır.

Maraqlıdır, hər hansı bir kəndin və ya qəsəbənin dinimizin paytaxtı olması nə dərəcədə məntiqlidir? Başqa bir tərəfdən, muğamatın paytaxtı ancaq Nardarandırmı, bəs burada Qarabağın rolu?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında T. Kərimlinin həmin ifadəni səsləndirməklə şişirtməyə yol verdiyini söylədi:

“Bu fikirləri səsləndirməklə Tahir müəllim bir qədər emossiyaya qatılıb. Amma hələ sovet dövründə, din təqib olunan, məscidlər bağlanan zamalarda da nardaranlılar dinimizi qoruyub saxlamışdılar. Yəni bu mənada dinimizin qorunub saxlanılmasında onların böyük rolu vardır. Bu mənada nardaranlıların da özünəməxsus yerləri var. Lakin bu şəkildə pafosla danışmaq doğru deyil. Nardaranlıların muğamata da böyük rəğbətləri var. Amma muğamla bağlı Şirvan, Qarabağ, Bakı kimi möhtəşəm məktəblər də var. Bəlkə də məsələni bu şəkildə qoymaqla jurnalist bir qədər təhrifə yol verib. Amma hər halda hər iki məsələ ilə bağlı Nardaran camaatının da özəl yeri vardır. Lakin bunu həddən artıq şişirtməyə də ehtiyac yoxdur”.

ELÇİN

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv