!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Nəsirli: “Azərbaycan banklarının manevr imkanları məhdudlaşır”

!Reklam – Yazi

“Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları reytinqləri aşağı olduğuna görə xaricdən maliyyə cəlb edə bilmir, nəticədə kredit faizlərini yüksək saxlamaqda davam edirlər. Bu halda ölkə banklarının manevr imkanları da məhdudlaşır”.

Bu sözləri Yenicag.az-a Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

“Azərbaycan banklarının beynəlxalq reytinq sistemlərində aşağı yerlərdə olmağı əsasən ölkəmizdə mövcud olan maliyyə-kredit sistemindən qaynaqlanır. Bununla yanaşı Azərbaycan banklarının aşağı qiymət alması həmin bankların fəaliyyətini bir qədər də pisləşdirir. Belə ki, bu halda ölkə banklarının manevr imkanları məhdudlaşır. Məsələn, ölkə daxilində vəziyyət gərgin olan anlarda banklarımız Dünya Bankı və digər beynəlxalq maliyyə koorperasiyalarından kredit cəlb edə bilərlər. Amma məsələ ondadır ki, həmin beynəlxalq koorperasiyalar da krediti bankların reytinqinə gör verir. Azərbaycan bankları da reytinqlərinin aşağı olması fonunda xaricdən vəsait cəlb etməkdə çətinlik çəkirlər. Nəticədə bank yalnız ölkə daxilindəki resurslara möhtac qalır. Bu fonda da bankın inkişaf imkanları məhdudlaşır. Ölkəmizdə fəaliyyət göstərən banklar monopoliyadadır, real olaraq müstəqil fəaliyyət göstərən bank yoxdur. Banklar Azərbaycanda oliqarxların pul kisəsinə bənzəyir. Ölkə banklarının reytinqinin aşağı olmasına görə həmin beynəlxalq təşkilatları qınamaq doğru deyil. Bu mənada yaranmış vəziyyətə görə səhvləri özümüzdə axtarmalıyıq. Azərbaycan bankları xaricdən vəsait cəlb edə bilsə, əlbəttə ki, ölkə daxilində verilən kreditin faizi aşağı düşə bilər. Yaranmış vəziyyətin Azərbaycana birbaşa təsiri bundan ibarətdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə bu qənaətdədir ki, bankların reytinqinin aşağı olması ölkənin bank sektoru ilə yanaşı dövlət şirkətlərinə də özünün mənfi təsirini göstərir: “Azərbaycanda ümumiyyətlə bankların reytinqi o qədər də yüksək olmayıb. Bir neçə bank “B” səviyyəsinə qədər yüksələ bilib. Reytinqin yüksək olması ilə banklar adətən etibarın artması və xaricdən kredit cəlb etməsi sahəsində işini asanlaşdırır. Azərbaycanda devalvasiyadan sonra bankların vəziyyətinin pisləşməsilə onların xarici resurslara marağı daha da azaldı. Bu günün özündə də anoloji proses davam edir. Hələlik reytinqi yuxarı qaldırılan bank yoxdur. Ən yaxşı halda, neqativ proqnoz stabil proqnozla əvəzlənir. Bu vəziyyət isə ölkənin bank sektoru ilə yanaşı dövlət şirkətlərinə də mənfi təsir göstərir. Bankların xarici əlaqələrinin yaxşılaşmasına da problem yaradır. Banklar ancaq daha çox əmanətlərin və Mərkəzi Bankın mərkəzləşmiş kreditlərindən ibarət olan daxili resursların ümidinə qalır”.

Qeyd edək ki, “Atabank” “Fitch Rating” sistemindən çıxdığını bildirib. Buna səbəb kimi xaricdən gələn vəsaitə ehtiyaclarının olmadığını göstərirlər. Ümumiyyətlə, beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan bankları reytinqi aşağı olan banklar sırasında yer alır. Bu da istər-istəməz beynəlxalq sistemdə bankların əleyhinə işləyir. Onlar lazımı qədər xarici kreditlə təmin oluna bilmirlər.

ELÇİN

www.yenicag.az

4818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv